Menu

Nazir qırmızı diplomlu şəxslərə güzəştlərin olması təklifini dəstəkləyib

16.05.2023, 18:49
Nazir qırmızı diplomlu şəxslərə güzəştlərin olması təklifini dəstəkləyib

"Qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması təklifi haqlıdır".

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

E.Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi bu məsələdə güzəşt edən yox, sənəd verən tərəfdir:

"Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır. Güzəşt doğru və dürüst olmalıdır. Qırmızı diplom bilik və bacarığı təsdiq edirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman güzəşt edilməsi düzgün deyil".

Şərhlər

t.ədalət 2023-05-16 20:09:56

BDU da,tarixən tapşırıq və regionçuluq əsasında qırmızı diplom almaq mümkün idi.Biz oxuyanda da,indi də vəziyyət eyni cürdür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol