Menu

ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanıya bilər – Blinkendən açıqlama

17.05.2023, 13:30
ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanıya bilər – Blinkendən açıqlama

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Rusiyanı terrorizmin himayədarı dövlət kimi tanıması ehtimalını istisna etməyib.

Xatırladaq ki, əvvəllər Prezident Co Baydenin administrasiyası bu tədbirə açıq şəkildə etiraz edirdi.

ABŞ Senatının Təssisatlar Komitəsində dinləmələr zamanı respublikaçı senator Lindsi Qrem Blinkenə sual verib: “Siz heç vaxt Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına daxil etməyəcəksiz?”. O, cavabında "heç vaxt heç vaxt demə" deyib.

Bayden administrasiyası daha əvvəl bəyan etmişdi ki, Konqres üzvləri Ukrayna hakimiyyətinin tələb etdiyi kimi, Rusiyanı terrorizmin sponsoru kimi tanımağa hazır deyil. Ağ Ev hesab edir ki, tanınma Rusiya ilə kritik sahələrdə əməkdaşlıq imkanlarını tamamilə dayandıracaq və Hindistan kimi Rusiya ilə ticarət edən dövlətlərlə münasibətləri pisləşdirə bilər.

Lindsey Graham Ağ Evdən belə bir tanınma tələb edən qanun layihəsinin həmtəsisçilərindən biridir. Bununla belə, ölkədə xarici siyasət icra hakimiyyətinin əlindədir, qanunvericilər Bayden administrasiyasını belə bir qərara məcbur edə bilməzlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol