Menu

“ABŞ Rusiya ilə Gürcüstan arasında uçuşların bərpasından narahatdır” – Vedant Patel

17.05.2023, 14:40
“ABŞ Rusiya ilə Gürcüstan arasında uçuşların bərpasından narahatdır” – Vedant Patel

“İndi Rusiya Federasiyası ilə əməkdaşlığı gücləndirməyin vaxtı deyil. Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda Gürcüstanla işğalçı ölkə arasında birbaşa uçuşların bərpası narahatlıq doğurur”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinq zamanı deyib.

“Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar olarsa, bu, təkcə ABŞ və digər Qərb ölkələri üçün deyil, həm də Gürcüstan hava limanlarından fəaliyyət göstərən şirkətlər üçün narahatlıq doğuracaq”,-deyə o, bildirib.

Qeyd edək ki, Gürcüstan hökuməti mayın 15-dən Rusiya ilə birbaşa uçuşları bərpa edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol