Menu

Kiyevin üç rayonunda partlayış olub

18.05.2023, 09:02
Kiyevin üç rayonunda partlayış olub

Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, partlayışlar paytaxtın Darnitski, Dnepr və Desnyanski rayonlarında qeydə alınıb.

Partlayışların ardınca Desnyanskidə qeyri-yaşayış binasında, Darnitskidə isə müəssisədə yanğın baş verib.

Bildirilib ki, hava hücumundan müdafiə sistemi işə düşüb.

Kiyev meri Vitali Kliçko qeyd edib ki, paytaxta hücum davam edir. O, sakinləri sığınacaqları tərk etməməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol