Ukrayna ordusu gün ərzində Baxmut şəhərinin bəzi yerlərində 1,7 km-ə qədər irəliləməyi bacarıb
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatı məlumat verib.
Məlumata görə, gün ərzində Baxmutda rus işğalçılarının 130 hərbçisi məhv edilib, 145-i isə yaralanıb.
“Düşmən mövqelərimizə 487 dəfə top və reaktiv artilleriya zərbələri endirib. 25 toqquşma, 6 hava hücumu olub. Döyüşlər zamanı bölmələrimiz cinahlardan irəliləməyə davam edir”- deyə, Çerevatı bildirib.
“AzPolitika.info”


Şərhlər