Millət vəkili Etibar Əliyev Suraxanı rayonunda seçiciləri ilə görüşüş keçirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə o “Feysbuk” səhifəsində məlumat verib.
“Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birlikdə Yeni Günəşli, "D" yaşayış sahəsinin sakinləri ilə görüş keçirdik. Sakinlərə ötən dövr ərzində görülən işlər barədə geniş məlumat verdik.
Məlumat üçün qeyd edim ki, "D" yaşayış sahəsi kooperativ binalardan ibarətdir. Sakinləri narahat edən problemləri dinlədim və qeydiyyatını apardım. Bəzi problemlərin həllinə yerindəcə nail olduq. Həlli zaman tələb edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlara müraciətlər edəcəyik”, - millət vəkili qeyd edib.
“AzPolitika.info”







Şərhlər