Menu

Krıma PUA-larla hücum olub

19.05.2023, 10:20
Krıma PUA-larla hücum olub

Bu gecə Krım yarımadasına PUA-larla hücum olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Aksyonov məlumat yayıb.

Onun sözlərinə görə, Krım səmasında 4 PUA məhv edilib. S.Aksyonov dağıntı və itki olmadığını bildirib.

Qeyd edək ki, Rusiya 2014-cü ildən Krımı işğal altında saxlayır. İşğaldan sonra Rusiya yarımadanı ilhaq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol