Menu

Qara dəniz donanması “Kalibr”-siz qalıb - Krımdakı partlayışın nəticəsi

19.05.2023, 11:51
Qara dəniz donanması “Kalibr”-siz qalıb - Krımdakı partlayışın nəticəsi

Mayın 18-də Krımdakı dəmir yolunda baş vermiş partlayış Rusiyanın Qara dəniz hərbi donanmasının silah-sursat təminatında problem yaradıb.

“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının son hesabatında belə deyilir.

Qeyd olunur ki, partlayış nəticəsində Qara dəniz donanmasının yerləşdiyi Sevastopol şəhərinə gedən yeganə dəmir yol xətti zədələnib və qatarların hərəkəti dayandırılıb. Hansı ki, məhz bu yolla Rusiya donanması “Kalibr” raketləri və digər silah-sursatla təmin olunur. Bu isə nəticədə gündəlik silah tədarükünə ehtiyacı olan hərbi donanmanın bir müddət sözügedən silahları ala bilməməsi deməkdir.

Hesabatda deyilir ki, Rusiya diversiya nəticəsində sıradan çıxmış dəmir yolunu mümkün qədər tez bərpa etməyə çalışacaq. Çünki bu həssas bölgə ümumilikdə Krımın hərbi infrastrukturunun müdafiəsində önəmli rol oynayır. Ümumilikdə isə Rusiyanın Ukraynadakı işğalçı hərbi qruplaşmasının silah-sursat təminatının əhəmiyyətli hissəsi məhz Krım ərazisindən keçir.

Qeyd edək ki, bu gün Krımda növbəti diversiya əməliyyatı keçirilib və dronlar vasitəsilə dəmir yol qovşağının elektrik və rabitə xətləri sıradan çıxarılıb.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol