Menu

“Altılı masa” yenə razılığa gələ bilməyib - Hələ də vitse-prezidentlik iddiasındadırlar

19.05.2023, 15:45
“Altılı masa” yenə razılığa gələ bilməyib - Hələ də vitse-prezidentlik iddiasındadırlar

Xəbər verildiyi kimi, ötən gün müxalifətin əsas siyasi simalarından təşkil olunan altılı ittifaq ikinci turla bağlı strategiya müəyyən etmək, həmçinin digər məsələrlə bağlı müzakirələr aparmaq üçün bir araya gəlib.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş zamanı “Altılı masa”da olduqca sürpriz bir təklifin irəli sürüldüyü iddia olunur.

Belə ki, “Altılı masa”da təmsil olunan Demokrat Partiyasının sədri Gültekin Uysalın digər liderlərə “Kılıçdaroğlunun əlini gücləndimrək üçün vitse-prezidentlikdən imtina etməliyik” təklifini edib.

Bu təklifdən sonra digər liderlərin heç bir şərh vermədiyi, tələsik başqa bir məsələ haqda danışmağa başladıqları iddia olunur. Bu da onların hələ də vitse-prezidentlik iddiasında olduğunu göstərib.

Qeyd edək ki, mətbuata qapalı keçirilən görüş təxminən 2,5 saat davam edib. Görüşdən sonra “Altılı masa”da təmsil olunan – Meral Akşener, Əhməd Davudoğlu, Ali Babacan, Temel Karamollaoğlu və Gültekin Uysal iclasdan sonra heç bir açıqlama verməyiblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol