RUSİYA SÜLHMƏRAMLILARI QANUNSUZ HƏRBİ DAŞIMALARI MÜŞAYİƏT EDİR - Video

Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edir.

APA-nın xəbərinə görə, təqdim olunan videoda qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlılarının zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.

Qeyd edək ki, bir neçə gün öncə də qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlıların zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi ilə bağlı da görüntülər yayılmışdı.

635x100

Şərhlər

Türk Turan 2023-05-19 19:37:08

Xankəndi-Kərkicahan-Xəlfəli yolu təcili bağlanmalıdır! Nəyi gözləyirik? Orada bizim hərbçilərimiz olmalıdır!

Son yazılar