Universitet kampusunda atışma nəticəsində 2 nəfər yaralanıb
Amerika Birləşmiş Ştatlarında təhsil müəssisəsində növbəti silahlı insident baş verib. Florida ştatında universitet kampusunun ərazisində atışma zamanı azı 2 nəfər yaralanıb.
ANS PRESS-in məlumatına görə, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, insident zamanı universitet tələbələrinə binadan çıxmamaq və qapı və pəncərələrdən uzaq durmaq göstərişi verilib. İnsidentin təfərrüatları, eləcə də yaralananların tələbələr olub-olmadığı hələlik məlum deyil.
Atəş açanın həbs olunduğu bildirilir.


Şərhlər