Türkiyənin Qaziantep hava limanında naməlum obyektin aşkarlanmasından sonra onlarla reys təxirə salınıb, sərnişinlər bir neçə saat uçuşlarını gözləyiblər.
Belə ki, mayın 20-nə keçən gecə təxminən 2 743 metr yüksəklikdə iki sərnişin təyyarəsinin ekipajları tərəfindən naməlum obyekt müşahidə edilib. Pilotlar vəziyyəti Qaziantep Hava Nəqliyyatının İdarəetmə Mərkəzinə bildiriblər və aviadispetçerlər də obyekti görüblər.
Qaziantep aeroportunda uçuşlar dayandırılıb.
Bir sıra təyyarələr Şanlıurfa və Adana hava limanlarına yönləndirilib. Vəziyyətlə bağlı rəsmi izahatların daha sonra veriləcəyi qeyd edilir. (Mənbə: Haberler)


Şərhlər
Hər cür təxribat ola bilər ayıq olmaq lazımdır!
Əgər başqa aləmlərin "boşqab"ıdırsa demək Qaziantepdə yenə böyük dağıntılar olacaq yaxında.Gəlin məni də aparın bu mənasız Yer kürəsindən.Bıktım usandım mostu qaçmış 011 sürməkdən yau kardeşim.