Menu

Rusiyanın daha bir “Su-35” qırıcısı vuruldu – Qiyməti 100 milyon dollardan bahadır

22.05.2023, 11:17
Rusiyanın daha bir “Su-35” qırıcısı vuruldu – Qiyməti 100 milyon dollardan bahadır

Ukrayna Baş Qərargahı mayın 22-də səhər saatlarında Xerson vilayəti üzərində Rusiyaya məxsus “Su-35” təyyarəsinin vurulduğunu açıqlayıb. Bundan əvvəl xəbəri bir sıra “teleqram” kanalları da yayıb.

Məlumatda qeyd olunur ki, “Su-35” Qara dəniz üzərində vurulub. Qiyməti 100 milyon dollardan baha olan qırıcının Ukraynada olan “Patriot” hava hücumundan müdafiə sistemi ilə məhv edildiyi bildirilir.

Bəzi ekspertlər təyyarənin “Patriot”un Avropa istehsallı analoqu, 150 km məsafədə və 25 km. hündürlükdə hədəfi məhv etmək gücündə olan SAMP-T raketi ilə, yaxud, AIM-120 AMRAAM hava-hava tipli raketlə vurulduğunu güman edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol