Menu

Türkiyə prezidenti seçkisi üçün xarici ölkələrdə səs verənlərin sayı açıqlandı

22.05.2023, 22:44
Türkiyə prezidenti seçkisi üçün xarici ölkələrdə səs verənlərin sayı açıqlandı

Türkiyənin Ali Seçki Şurası (YSK) mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu üçün xarici ölkələrdə və gömrük məntəqələrində verilən səslərin ümumi sayını açıqlayıb.

Məlumata görə, qeydə alınan seçicilərin sayı 1 milyon 351 min 413 nəfərə çatıb. Onlardan 1 milyon 282 min 802 nəfər xarici nümayəndəliklərdə, 68 min 611 nəfər isə gömrükdə səs verib.

Qeyd olunub ki, mayın 20-dən etibarən xarici ölkələrin nümayəndəliklərində və gömrük məntəqələrində xarici seçicilər siyahısında qeydə alınmış seçicilərin səsvermə prosedurları davam edir. Xaricdəki nümayəndəliklərdə səsvermə mayın 24-də başa çatacaq. Gömrükdə isə mayın 28-i Türkiyə vaxtilə saat 17.00-dək davam edəcək. (Mənbə: Haber Global)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol