Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxsin yaxınları danışıblar.
Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.
Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.
Saxlanılan şəxsin qohumu Günel Kavazova mövzunu eşitdikdə təəccübləndiyini qeyd edib: “Məsələni bu gün eşitmişəm. Təəccübləndim, ailəli adamdır. Son dəfə onu bu gün görmüşəm”.
Daha ətraflı Baku TV-nin süjetində:
***
Tovuzda itkin düşən 13 yaşlı qızın sevdiyi oğlan danışıb. Cəlilabad sakini Azad Ağayev bildirib ki, Ə.Tağıyeva ilə “TikTok” platforması üzərindən tanış olub.
“İlk dəfə “TikTok”da fotomu görüb mənə yazdı. Daha sonra aramızda sevgi münasibəti yarandı. Dəfələrlə mənə deyirdi ki, bizə elçi göndər. Yaşı az olduğundan onun bu təklifini rədd etmişəm. Qızın qaçmağından xəbərim olmayıb. Mesajlarını sübut kimi saxlamışam”, - deyə Azad Ağayev qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
***
Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxsə cinayət işi başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
O bildirib ki, Tovuz rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə qaçması ilə əlaqədar S.Kavazov barəsində cinayət işi açılıb.
"Araşdırmalar davam etdirilir", - DİN rəsmisi vurğulayıb.


Şərhlər