Menu

Dünyada ilk dəfə Ukraynaya “F-16” qırıcılarını Niderland verəcək

23.05.2023, 11:31
Dünyada ilk dəfə Ukraynaya “F-16” qırıcılarını Niderland verəcək

Dünyada ilk dəfə olaraq Ukraynaya “F-16” qırıcıları Niderland krallığı tərəfindən tədarük ediləcək. “Report” “RBK- Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak bildirib.

Onun sözlərinə görə, Niderlandın artıq istifadə etmədiyi 18 “F-16”sı mövcuddur: “Həmin qırıcılar Ukraynaya tədarük edilə bilər. Əvvəlcə, onların özəl şirkətlərə verilməsi planlaşdırılırdı, ancaq bu proses təxirə salınıb”.

Məlumata görə, Avropa İttifaqının yüksək rütbəli rəsmiləri Ukrayna hərbçilərinin bu ilin payızına kimi “F-16” qırıcıları qəbul edəcəyini istisna etməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol