Menu

Orban Ukraynanın Rusiyaya qalib gələ bilməyəcəyini bildirib

23.05.2023, 15:59
Orban Ukraynanın Rusiyaya qalib gələ bilməyəcəyini bildirib

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələ bilməyəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə Baş nazir Orban "Bloomberg"ə müsahibəsində deyib.

"Rəqəmlərə, ətrafa nəzər saldıqda, NATO-nun qoşun göndərməyə hazır olmadığını gördükdə, döyüş meydanında yazıq ukraynalıların qələbə qazanmadığı açıq-aydın görünür”, - Orban bildirib.

Orban qeyd edib ki, müharibə yalnız Rusiya ABŞ-la razılığa gələndə dayandırıla bilər.

Macarıstan hökumət başçısı Orban Donald Trampın ABŞ-da gələn il yenidən seçkilərdə qalib gələcəyinə ümid etdiyini deyib. O bildirib ki, hazırkı Prezident Co Bayden ilə ziddiyyətli münasibətlərinə baxmayaraq, ABŞ-ı tənqid etmək biznes və əməkdaşlıq üçün yaxşı deyil.

Şərhlər

dadaşyev 2023-05-23 22:48:24

Orban tamamilə haqlıdır.Ukrayna parçalanmağa məhkumdur.1939-da Polşa parçalandığı kimi.Bu,ABŞ-la Rusiyanın separat qərarıdır.Ukrayna parçalanacaq.Bunun heç o yan-bu yanı yoxdur.Ara yerdə yazıq,bədbəxt Ukrayna xalqı qırılır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol