Menu

"Ukraynalı pilotlara F-16-larda təlim keçməsi NATO-nu münaqişə tərəfinə çevirmir" - Stoltenberq

23.05.2023, 18:07
"Ukraynalı pilotlara F-16-larda təlim keçməsi NATO-nu münaqişə tərəfinə çevirmir" - Stoltenberq

NATO-nun ukraynalı pilotlara ABŞ istehsalı F-16 qırıcıları ilə bağlı təlim keçməsi onu münaqişənin tərəfinə çevirmir.

APA “Reuters“ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yen Stoltenberq deyib.

“Ukraynanın özünümüdafiə hüququ var. Biz ukraynalılara bu hüquqlarını saxlamalarına yardım edirik. Bu NATO-nu və NATO müttəfiqlərini münaqişənin tərəfi etmir”, - o jurnalistlərə açıqlamasında bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol