Menu

"Qarşıdakı aylar Ukrayna müharibəsi üçün həlledici olacaq" - Borrell

23.05.2023, 18:20
"Qarşıdakı aylar Ukrayna müharibəsi üçün həlledici olacaq" - Borrell

Qarşıdakı günlər və aylar Ukrayna müharibəsi üçün strateji baxımdan həlledici olacaq.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell keçirdiyi brifinqdə deyib. Əlavə edib ki, Aİ-nin Müdafiə Şurasının bugünkü işinin 90 faizi Ukraynaya hərbi yardımın müzakirə edilməsi olub.

Əlavə edib ki, NATO Baş katibi Yens Stoltenberq də iclasda iştirak edib və tərəflər hazırkı vəziyyət və müharibəyə dair hərbi analizlərini bölüşüblər:

“Bütün nazirlər Ukraynaya dəstəyi davam etdirməyə istəkli olduqlarını ifadə etdilər”,

Borrell qeyd edib ki, bu vaxtadək Aİ-nin təlim mərkəzlərində 20 min ukraynalı hərbçi olub, ilin sonunadək onların sayı 30 min nəfərə çatacaq və bu ilkin planlaşdırılandan iki dəfə çoxdur.

Şərhlər

dadaşyev 2023-05-23 22:11:30

Heç bir şey olmayacaq,Ukrayna xalqını və bəşəriyyəti aldatmayın.Siz Qərb insanlarının bir tək istəyi var:müharibə mümkün qədər uzansın,ona görə də hər dəfə cürbəcür yalanlar uydurursunuz.Yau kardeşim,Ukrayna Rusiyaya qalib gələ bilməz.Bu birmənalıdır.Ukrayna xalqını daha artıq bəlalara düçar etməyin.Siz özünüzdən başqa heç bir xalqı sevən deyilsiniz,protestantlığınız mane olur sevməyə,məsələ bundadır.Xeyir ola Ukraynanın tərəfindəsiniz?Ukrayna katolik,siz protestant,nədir sizin alıb vermədiyiniz?Nə istəyirsiniz bədbəxt Ukrayna xalqından?İki dünya bir ola,siz protestantlar katolikləri sevməzsiniz yəni.Bilməyən bilməz,mən dadaşyev bilirəm axı bunu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol