"SUYUN QİYMƏTİNİ SAXLAYA BİLMƏYƏCƏYİK" - "Bir-iki aydan sonra su qıtlığını hiss edəcəyik"

“Azərbaycanda içməli suyun qıtlığı səbəbindən qiymətini saxlaya bilməyəcəyik”.

“Report” xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Biz suyun qiymətini saxlaya bilməyəcəyik”, - deputat bildirib.

Onun sözlərinə görə, şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırhaşırla axıdıldığını görürük: “Yüz faiz əminəm ki, orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil, şəlalədir. Bir-iki aydan sonra su qıtlığını hiss edəcəyik”.

635x100

Şərhlər

Bəhrami konstr 2023-06-05 19:54:36

İDXAL edilən bütün Sullar, Limonadlar, qarışıq (sladko slivoçno və s) hamısından imtina etmək gərəkdir! Neft-qaz idxalına ekoloğiya vergisini yüksəldib, içməli su ilə təsərrüfat və təəmizliknsularını ayırmaq gərəkdi? Evlərə iiçməli su çoxdan daha kiçik diametrdə verilməli idi? Azərbaycanın qonşususu Türkmənistan və ərəb ölkələrinin təcrübəsi öyrənilməlidir?

Ərzuman 2023-05-31 15:42:40

.. bu özünü nə çəkib!Bunun qadstukunu və kostyumunu çıxarsan Məədiİbadın hamballından da çirkin görünər.Onu Deputatxanaya ..... yazan Məzahirin böyük günahı var..

Vətəndaş 2023-05-31 15:35:04

Nİyə AzərSu ölkədə su ehtiyatlarının yaranmasına ciddii yanaşmır?

Nəriman Cavad 2023-05-30 18:39:04

Cənab deputat siz kimə və nəyə qulluq edirsiniz?Vacib problemlər qalıb kənarda-sən isə sənə aid olmayan isdən danısırsan?Xeyir ola suynan bağlı yəqin ciddi şəxsi problemin var?

Forward 2023-05-25 11:48:41

Suyun qıtlığının qiymətə nə dəxli var?

RÖVŞƏN MURADOV 2023-05-25 09:30:07

Oruc tuturuq,namaz qılırıq, Allaha ibadət edirik, lakin israçılıqdan əl şəkmirik. Allah özü bizə kömək olsun.

zaur 2023-05-25 09:28:05

Məndə 100 faiz inanmıram ki, sən süz danışırsan.Əgər avtoyuma məntəqələrində, dedyiniz kimi anoloqu olmayan məmur villalarında su şəlalə kimi axırsa və sayğac yoxdursa bunu suyun qiymətinə nə dəxli var??? İnsan!!!! bu qədər də məntiqsizlik olar?

susuz 2023-05-25 09:21:45

deputatın danışığına baxın. "suyu sayğacsız işlədirlər qiymətini saxlaya bilmirik". PEYĞƏNBƏR S.V.S deyib "YA XEYİR SÖYLƏ YA DA SUS ". sayğacsız işlədənlər nəzarətçilərlə əlbirdir. qiymət qalxanda yenə o düzgün istifadə edənlər əziyyət çəkəcək. israfın qarşısı alınmalıdır.8000 sən alırsan 300 vətəndaş + sənə hər şey güzəştli.verği+gömrük+monopoliya+övladların karyerası.sus danışma ....

varlı vətndş 2023-05-24 23:11:29

şərhimde gecikdim deyəsən--qisasda həyat var--bunların -bu qırğıların siyahısıni indidən tutmaq lazımdır--artıq evlərə su vermirlər--

pensioner 2023-05-24 21:28:24

Suyun şırhaşırla axıdılan yerlərə,məmur villalarına,təsərrüfatlarına sayğaclar qoyulsa və keçmiş sədr Qorxmazın villaları müsadirə edilsə suyun qiymətinin qalxmasına ehtiyac yaranmaz.

Eli 2023-05-24 21:20:05

Maşaallah deputatımızın sifetinden qan damır.”Efqan mollaları “ kimi hiss olunur ki bu insan ömrü boyu rahat heyat keçirenler “Sinifine” aid insanlardandır.Rüfet bey qorxmayın kim su tapmasa da millet vekillerimlz su tapacaqlar,axı bizim millet qedirbilendir ve size problem yaranmataxaw ,geceleri rahat yata bilersiniz.

Kasıb 2023-05-24 17:22:58

Bu adam bu qğılda neçə qardaşdır? Suyunqiyməti artanda su çoxalacaq? Əhaliyə bu bahalaşmalarla zülm etdiyiniz yetmədi?

Mubariz 2023-05-24 16:56:57

Sən get siqaretin qiymətini qaldır ,yaxşı gəlir əldə et ,deyəsən Azərsuya da şərik olmusan ? Gör kimlər ağıl verir , hələ bir nəər təyinatlı deputat xalqın lehinə təklif verməyib ,qaldırsanızda dinən olmayacaq ,Jirinovskiyə rəhmət

miri 2023-05-24 16:30:42

Öz bağ evlərinin həyətlərindəki yay hovuzlarında istifadə etdikləri suyun miqdarı 100 ailənin sərfi qədər olduğunu görməyib belə ucuz "alimlik" etmək ancaq xaraba analoqstanda ola bilər. İndiki su tariflərinə görə rayon yerlərində fərdi həyətlərdəki ağaclar quruyur, insanlar mətbəxın çirkli sularını ağaclara verir. Hətta hamam istifadəsini azaldıb.... Allahın belası təcil olmur ki, suyu belə Yezid yanaşmasi ilə xalqa vermək istəyənlərin bəlası çatsın.

Türk 2023-05-24 16:06:48

Bu millət vəkili yox millət düşmənidir. Millətin pulundan yeyib elə bil ..........Biz nə gündətik. Bizim işimiz Allaha qalıb.

Watchman 2023-05-24 16:00:35

Artırın qiyməti. Artıran kimi su elə çoxalacaq ki, gəl görəsən. Limit qoymağı da unutmayın. Ayıb olar.

zaur 2023-05-24 15:36:55

Elə danışır ki,suyun qiymətini guya bu tutub saxlayırmış.Azərbaycan məkanında sınanılmış metoddur. Bir şeyin qiymətini qaldırmaq üçün 50 cür əsaslandırma tapırlar.

Turan 2023-05-24 15:29:39

Nə vaxt qiyməti qaldırmaqla qıtlıq aradan qaldırılır? Əgər avtoyumalarda su şırhaşırla axıdılırsa qiymət artımından sonra axıdılmayacaq? Arqumentlərə bişmiş toyuğun da gülməyi gəlir

dadaşyev 2023-05-24 15:26:27

Yəni suyun qiyməti qalxan kimi hər yandan su axıb gələcək respublikaya?Deputat düz deyir,moykalar yağışdan sonra çıxan göbələklər kimidir,hər yanı basıb.Bir moykanın günlük su israfıyla azı yüz hektar taxıl sahəsini suvarmaq olar.Nəyə lazımdı bu qədər moyka?Sovet vaxtı maşınlarımız çirkliydi ki?Hər kəs öz maşınını özü yuyurdu üç-dörd vedrə su ilə,özü də ləzzət alırdı maşınını özü yumaqdan.Adama yarım saat,bir saat ayrı bir dinclik verirdi yumaq məsələsi.Mən indi də özüm yuyuram 011-mi.Kimin də maşını var,zəhmət çəksin özü yusun,ya da moykaların nə qədər su pulu verdikləri ciddi araşdırılsın.Moyka sahibləri millətin suyunu ağına-bozuna baxmadan istifadə edib varlanacaqlar,suyun pulunu millət ödəyəcəkmi?

TARIX 2023-05-24 15:15:37

SUYUN LİTRİNİ BİR MANAT ELƏSƏNİZ DƏ CƏNAB DEPUTAT SU ŞƏBƏKƏSİNDƏ OLAN İTKİLƏR ,YEYİNTİLƏR,BƏRBAD İDARƏCİLİK SƏBƏBİ İLƏ HEC BİR NƏTİCƏSİ OLMAYACAQ.

Vətəndaş 2023-05-24 15:12:14

Yeni deyir ki hazır olun

Son yazılar