Menu

“Böyük Britaniyanın Ukraynaya vermək üçün çox az silahı qalıb” – Hərbi ekspert

25.05.2023, 11:45
“Böyük Britaniyanın Ukraynaya vermək üçün çox az silahı qalıb” – Hərbi ekspert

“Silahlı qüvvələrimiz kifayət qədər maliyyələşmədiyindən, Böyük Britaniyanın Ukraynaya vermək üçün çox az silahı qalıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu britaniyalı hərbi ekspert Howard Wheeldon “Daily Mail” nəşrinə müsahibəsində deyib.

Wheeldon qeyd edib ki, Britaniyanın Ukraynaya döyüş təyyarəsi vermək imkanı da yoxdur: “Britaniya ordusunun mövcud donanması kiçik olduğu üçün yalnız öz sahillərini müdafiə edə bilir. Britaniya hökumətinə Ukrayna məsləsində sürətli reaksiya verdiyinə görə, təşəkkür edirəm. Lakin Ukraynaya “Storm Shadow” raketlərindən əlavə verə biləcəyimiz başqa bir şey yoxdur. Böyük Britaniyanı müdafiə etmək və beynəlxalq öhdəliklərimizi davam etdirmək üçün kifayət qədər imkanımız yoxdur”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol