“Qərb Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında bildirib.
“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. İndi Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb hər cür şəkildə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, - Şoyqu bildirib.
Onun fikrincə, Qərb üçün əsas məsələ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, nəinki uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etmək: “Bununla əlaqədar biz KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”.
“Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyası deyilən, hərbçilərin və xüsusi xidmət orqanlarının da daxil olduğu missiyanı göstərmək olar. Düşünürəm ki, onların əslində nə etdiklərini izah etməyə ehtiyac yoxdur”, - Şoyqu bildirib.
Rusiyanın müdafiə naziri həmçinin Ermənistanın KTMT-nin Minsk toplantısında təmsil olunmamasına da münasibət bildirib: “Biz Ermənistanın KTMT koalisiyasının fəaliyyətlərində iştirakını vacib sayırıq”.
“AzPolitika.info”


Şərhlər