“Azərbaycan Qərbin Qarabağa müdaxilə etməsinə imkan verməz” - Politoloq

Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün Minskdə KTMT ölkələrinin müdafiə nazirləri şurasının iclasında bildirib ki, Qərb hər vasitə ilə Qarabağdakı vəziyyətə müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır.

“İndi Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb hər cür şəkildə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, - Şoyqu bildirib.

Politoloq Elxan Şahinoğlu Şoyqunun bəyanatını şərh edərkən bildirib ki, Rusiya rəsmiləri əvvəlcə “Qərb Ermənistana müdaxilə edir” deyirdilər, indi isə “Ermənistan” sözünü “Qarabağla” əvəz ediblər.

“Qarabağda Rusiyadan başqa heç bir dövlətin hərbi kontingenti yoxdur. Digər tərəfdən Qarabağ separatçıları Qərbə deyil Rusiyaya tabedirlər. Belə olan halda Qərb Şoyqunun təbirincə desək Qarabağdakı vəziyyətə necə və hansı alətlərlə müdaxilə edə bilər? Qərbin Qarabağa müdaxilə etməsinə birinci növbədə Azərbaycan imkan verməz, çünki bu ölkəmizin maraqlarına ziddir. Bunu bilən Qərb – ABŞ və Avropa İttifaqı Qarabağla bağlı məsələlərə qarışmır, qarışan varsa o elə Rusiyadır”,- təhlilçi vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar