Polşada İkinci Dünya Müharibəsi dövrünə aid kütləvi məzarlıq tapılıb

Polşanın Vrotslav şəhərindəki villanın bağçasında aparılan qazıntı işləri zamanı İkinci Dünya Müharibəsinə dövrünə aid 128 nəfərlik kütləvi məzarlıq aşkar edilib.

“AzPolitika.info” xəbər verir ki, tapılan cəsədlərin o dövrdə Almaniyanın tərkibində olan və İkinci Dünya Müharibəsinin son aylarında Qırmızı Ordu tərəfindən həyata keçirilən “Breslau” mühasirəsi zamanı həyatını itirən alman vətəndaşlarına aid olduğu bildirilir.

Həmçinin cəsədlərdən 120-nin uşaq və qocalar da daxil olmaqla mülki şəxs olduğu müəyyən edilib.

Digər 8 nəfərin isə İkinci Dünya Müharibəsinin sonlarına doğru Adolf Hitlerin əmri ilə alman kişilərindən yaradılan xalq-azadlıq ordusunun əsgərləri olduğu bildirilib.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2023-05-25 19:32:01

Bu məzarlıqlarda uyuyanların çoxunu ruslar özləri qətlə yetirirdilər.

Son yazılar