QARA DƏNİZDƏ RUSİYANIN GƏMİSİ VURULUB – VİDEO

Rusiyanın Qara dəniz donanmasına aid “İvan Xurs” kəşfiyyat gəmisinin vurulduğu barədə məlumatlar yayılıb.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna KİV-lərində gəminin vurulmasına aid görüntülər paylaşılıb. Bu görüntülər hərbi jurnalist Andrey Tsaplienkonun “telegram” səhifəsindən götürülüb.

Xəbərdə deyilir ki, gəmi Bosfor boğazından 74 kilometr və Ukraynanın nəzarətində olan ərazidən 400 kilometr məsafədə naməlum dronla vurulub. Qeyd olunur ki, Rusiya donanmasında cəmi iki ədəd bu cür gəmi var.

Hadisənin dünən baş verdiyi bildirilir. Lakin Rusiya tərəfi iddia edir ki, gəmiyə dron hücumu olsa da, hücumun qarşısı alınıb və gəmi zədələnməyib.

“AzPolitika.info”



635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar