Menu

Bayram Kürdəxanlıya hökm oxundu

20.11.2014, 13:53
Bayram Kürdəxanlıya hökm oxundu

Məhkəmə meyxanaçıya 1 il həbs cəzası verib

Sabunçu Rayon Məhkəməsində həbsdə olan meyxanaçı Bayramqulu Quliyevin (Bayram Kürdəxanılı) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, noyabrın 14-də B. Kürdəxanılıya hökm oxunub. Hökmə əsasən, o, 1 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol