Menu

Ukrayna Almaniyadan 500 kilometr məsafınu vuran raketlər istəyir

27.05.2023, 16:08
Ukrayna Almaniyadan 500 kilometr məsafınu vuran raketlər istəyir

Ukrayna Almaniyadan 500 kilometrə qədər mənzilli “Taurus” qanadlı raketlərini istəyib.

“AzPoltika.info” xəbər verir ki, bu barədə məlumatı Almaniyanın Müdafiə Nazirliyində “Spiegel” nəşrinə təsdiq edilib. Ukraynanın nə qədər raket tələb etdiyi açıqlanmır.

“Spiegel”in yazdığına görə, daha əvvəl Xristian Demokratlar İttifaqının müdafiə üzrə eksperti Roderich Kiesewetter Ukraynanın “Taurus” raketləri ilə təchiz olunmasının tərəfdarı olduğunu bildirib. 

Onun sözlərinə görə, 500 kilometrə qədər mənzilli raketlər cəbhə xəttindən çox-çox uzaqlarda Rusiya hərbi infrastrukturuna zərbə endirməyə imkan verəcək. Almaniyanın müdafiə naziri Boris Pistorius Kiesewetterin təklifinə ehtiyatla reaksiya verib.

“Frankfurter Allgemeine Sonntagszeitung” nəşrinin mənbələrinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski mayın əvvəlində Berlində Almaniya kansleri Olaf Şolz ilə alman raketlərinin çatdırılması imkanını müzakirə edib.

“Taurus” qanadlı raketi döyüş təyyarəsindən buraxılır və 400 kiloqramlıq döyüş başlığını 500 kilometr məsafəyə çatdıra bilir. “Spiegel”in məlumatına görə, on il əvvəl Bundesver üçün 600-ə yaxın “Taurus” raketi alınıb ki, onlardan da 150-yə yaxını istismara hazırdır.

Ukraynaya daha uzun mənzilli raketlər verməyə başlayan ilk ölkə Böyük Britaniya olub. 

Mayın ortalarında Ukrayna 250 kilometrdən çox mənzilli “Storm Shadow” qanadlı raketləri alıb. Bundan əvvəl Ukrayna ordusu Qərbdən 80 kilometrə qədər məsafədəki hədəflərə hücum edə bilən silahlar alırdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol