Menu

Rusiya Ukraynanın paytaxtına hücum edib - Ölən və yaralananlar var

28.05.2023, 08:27
Rusiya Ukraynanın paytaxtına hücum edib - Ölən və yaralananlar var

Kiyevdə Rusiya pilotsuz uçuş aparatlarının hücumu zamanı Ukrayna hərbçiləri düşmənin 20-dən çox hava hədəfini vurub. Bununla belə, “Şahedlər”in ikinci dalğası gözlənilir.

“Report”un “RBC-Ukraina”ya istinadən məlumatına görə, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

"Hava Hücumundan Müdafiə Qüvvələri artıq Kiyevə doğru hərəkət edən 20-dən çox PUA-nı məhv edib. Lakin paytaxta yeni pilotsuz uçuş aparatları dalğası gəlir", - o qeyd edib.

Mer həmçinin şəhər əhalisini sığınacaqlarda qalmağa çağırıb.

"Təhlükəsizliyinizə laqeyd yanaşmayın. Gecə çətin olacaq", - mer vurğulayıb.

Digər mətbu orqanlar hücum zamanı paytaxtın Qoloseyevsk rayonunda bir nəfərin həlak olduğunu, daha üç nəfərin yaralandığını xəbər veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol