Menu

“Xalqımız demokratiyaya sahib çıxır" - Türkiyəli nazir

28.05.2023, 11:02
“Xalqımız demokratiyaya sahib çıxır" - Türkiyəli nazir

“Xalqımız demokratiyaya sahib çıxır. Bu, gözəldir. Seçici fəallığının yüksək olacağını düşünürəm”.

“Report” xəbər verir ki, bunu Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün səsvermədə iştirak edən ədliyyə naziri Bekir Bozdağ jurnalistlərə açıqlamasında deyib.

O, səsvermənin nəticəsinin xeyirli olmasını arzulayıb.

Həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum da səs verib. O vətəndaşları səsvermədə fəal iştirak etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol