“Mən də residivist olsaydım...” - Qirkin Priqojinə sutenyorluğunu xatırlatdı

Donbas separatçılarının sabiq “müdafiə naziri” İqor Qirkin(Strelkov) “Vaqner” başçısı Yevgeni Priqojini növbəti dəfə “sancıb”.

“AzPolitika.info” xəbər verir ki. öz “telegram” kanalında paylaşım edən Qirkin Priqojinin kriminal keçmişini xatırladıb və bildirib ki, onun keçmişdəki ağır cinayətlərinə rəğmən Rusiyada bu cür karyera qurması biabırçılıqdır: “Mən də qarson-residivist, yaxud “julik” olsaydım, yəqin ki, çoxdan möhtəşəm karyera qurardım - Rusiya Federasiyasının hansısa bölgəsinə, ya da bütöv bir muzdlular ordusuna rəhbərlik edərdim”.

Qirkin öz paylaşımında qeyd edib ki, Priqojin cinayət məcəlləsinin ağır və biabırçı maddələri əsasında məhbus həyatı yaşayıb. Bunlar dələduzluq, quldurluq və yetkinlik yaşına çatmayanların sutenyorluğu maddələridir.

Xatırladaq ki, bundan öncə Qirkin Kremldəki bəzi şəxslərin Priqojini “qulağından tutub hakimiyyətə çəkdiklərini” demişdi. Qirkin Priqojin üçün “şərəf anlayışının olmadığını” bildirməklə yanaşı, onun qarşısında alçalan Gerasimov, Surovikin, Lapin, Evkurov və Teplinski kimi generalların istefa verməli olduğunu söyləyib.

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar