"İki ölkə arasında münasibətlər qaya kimi möhkəmdir" - Emma Nikolson

Azərbaycan və Böyük Britaniya arasında bütün sahələrdə əlaqələr birinci səviyyəlidir, yüksək səviyyədədir.

Bunu APA-nın sualına cavab olaraq Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib.

“Böyük Britaniya kimi Azərbaycan tərəfi də ənənəvi enerji mənbələrilə yanaşı bərpaolunan enerji istiqamətində irəliləyir ki, bu da vacibdir. Çünki dünya əhalisi artır, tələblər artır. Biz Azərbaycan hökuməti ilə yaşıl enerji sahəsində çox əzmlə işləyirik. Və ümumilikdə iki ölkə arasında münasibətlər qaya kimi möhkəmdir” – deyə o, vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar