Putinin əmri ilə çarəsiz vəziyyətə düşən rus qoşunlarının əhval-ruhiyyəsini yüksəltmək üçün cəbhə xətti boyunca dini ikonalar (Şərqi Pravoslav və Katolik kilsələrinin sitayiş etdiyi ilahilərin, müqəddəslərin və digər fövqəltəbbii vücudların bədii təsviri -red.) gəzdirilir.
“AzPolitika.info” xəbər verir ki, Rusiya televizyası tərəfindən yayımlanan kadrlarda rus bölmələri arasında “Acheiropoeta”nın (İsa peyğmbərin təsviri-red.) surətinin gəzdirildiyi görünüb.
Kadrlarda Ukraynada döyüşən rus əsgərlərinin özlərinə xeyir-dua verdikləri və “Acheiropoeta”nın surətini öpdükləri əks olunub.

İkonanı müşayiət edən Rus Pravoslav Kilsəsinin nümayəndəsi protokos Vyaçeslav bildirib ki, həmin ikon Moskva Patriarxı Kirill tərəfindən xeyir-dua alıb: “Döyüş qrupunun komandanlığı onu bölmədən-bölməyə ötürmək üçün yürüş etmək qərarına gəldi. Biz ikonanı istər ön cəbhədə, istərsə də arxada fəaliyyət göstərən bütün hərbçilərə çatdıracağıq”.
Qeyd edək i, Putinin bu cür “mənəvi gücləndirmə” səyləri əslində rus ordusu arasında artan xurafatı əks etdirir. Rus despotu daha öncə də cəbhədəki rus hərbçilərini cib ikonalarının paylanması baradə tapşırıq vermişdi.
Jurnalsit Kseniya Luçenko daha öncə “Exo Moskvı” radiostansiyasına bildirmişdi ki, Putin dinlə bağlı hər şeyə primitiv mövhumat inancları olan biri kimi yanaşır.
“AzPolitika.info”


Şərhlər