Danimarka Ukraynaya 17,9 milyard Danimarka kronu (2,59 milyard dollar) məbləğində yeni hərbi yardım paketi ayırmaq niyyətindədir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə bazar ertəsi Baş nazir Mette Frederiksen məlumat verib. Tranş bu və gələn il Ukraynanın silah alışı üçün ayrılacaq.
Danimarka 2023-cü ilin mart ayında Ukraynaya hərbi və mülki yardım fondu yaradıb. Onun büdcəsi 1 milyard dollardır. “Danimarka” radiosuna müsahibəsində Frederiksen bildirib ki, hökumət bu il fonda əlavə 7,5 milyard DKK (təxminən 1 milyard dollar), gələn il isə 10,4 milyard DKK (təxminən 1,5 milyard dollar) vəsait qoymağı planlaşdırır.
Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter” səhifəsində Danimarka hökumətinə təşəkkür edib.
Frederiksenin bəyanatı NATO-nun baş katibi Yens Stoltenberqin Şimali Avropa ölkələrinə səfəri ərəfəsində səsləndirilib. Stoltenberq bu ilin sentyabrında vəzifəsini tərk edəcək. Mette Frediriksen NATO-nun növbəti rəhbəri postuna mümkün namizədlərdən biri adlandırılıb.
“AzPolitika.info”


Şərhlər