Menu

Krasnodar yaxınlığındakı neft emalı zavoduna PUA hücumu olub - VİDEO

31.05.2023, 13:30
Krasnodar yaxınlığındakı neft emalı zavoduna PUA hücumu olub - VİDEO

Rusiyanın Krasnodar diyarının yaxınlığında yerləşən “Afipski” neft emalı zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat yayıb.

Qubernator PUA-ların hücumu nəticəsində ərazidə yanğın baş verdiyini deyib.

“Biz artıq 100 kvadratmetr sahədə yanğını lokallaşdıra bilmişik. Tələfat yoxdur”, - o, bildirib.

“SHOT” Telegram kanalı isə yazır ki, dron hücumu zamanı güclü partlayış baş verib və daha sonra mazut distillə edən qurğu alovlanıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol