Rusiya Dövlət Dumasına cərrahi yolla cinsi dəyişikliyə tam qadağa təklif dən qanun layihəsi təqdim edilib.
“AzPolitika.info” xəbər verir ki, Dumanın “Teleqram” kanalında bu barədə məlumat yerləşdirilib. Qeyd olunur ki, “Sağlamlığın qorunması haqqında” və “Vətəndaşlıq vəziyyəti aktları haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsi təklif edilir. Qanun layihəsinin müəllifləri 400-ə yaxın deputat olub.
Layihəyə əsasən, transgender keçidi çərçivəsində əməliyyatlara yalnız uşaqlarda cinsi formalaşmanın anadangəlmə fizioloji anomaliyalarının müalicəsi üçün icazə veriləcək. Bunun üçün dövlət səhiyyə müəssisəsinin tibbi komissiyasının müvafiq qərarı tələb olunacaq.
Qanun layihəsində həmçinin rəsmi sənədlərdə cinsiyyət işarəsinin dəyişdirilməsinin qadağan edilməsi təklif edilir. İndi bu, bir tibb təşkilatı tərəfindən verilən cinsiyyət dəyişikliyi haqqında sənəd təqdim edildikdə mümkündür.
İzahatda deyilir ki, 2016-2022-ci illər ərzində 2990 nəfər cinsiyyət dəyişikliyi əsasında pasportlarının dəyişdirilməsi üçün müraciət edib. Qanun layihəsinin müəllifləri onu da iddia edirlər ki, bütün Rusiya ərazisində transseksuallıq və cinsiyyətin dəyişdirilməsi haqqında şəhadətnamə bir çox özəl klinikalarda heç bir maneə olmadan əldə edilə bilər.
"Bu sənəd niyə təklif edilir? Biz Rusiyanın gələcək nəsillərini qoruyuruq - mədəni və ailə dəyərləri, ənənəvi təməlləri ilə, Qərbin anti-ailə ideologiyasının nüfuzuna maneə yaradırıq", - deputat Pyotr Tolstoy deyib.
Rusiyada artıq homoseksuallıq, biseksuallıq və transseksuallıq haqqında müsbət məlumatların yayılması qadağandır. Bunun üçün vətəndaşlar 400 min rubla qədər, təşkilatlar üçün isə 5 milyon rubla qədər cərimələr nəzərdə tutulur.
“AzPolitika.info”


Şərhlər