Menu

“Cənubi Afrika Putini həbs etməmək üçün BRİKS sammitini başqa ölkəyə keçirmək istəyir” – “Bloomberg”

01.06.2023, 18:21
“Cənubi Afrika Putini həbs etməmək üçün BRİKS sammitini başqa ölkəyə keçirmək istəyir” – “Bloomberg”

Cənubi Afrika Rusiya Prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs etməmək üçün BRİKS liderlərinin sammitini başqa ölkədə keçirmək istəyir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Cənubi Afrika 22-24 avqustda keçiriləcək sammitə Braziliya, Hindistan və Çin liderləri ilə yanaşı Vladimir Putini də dəvət edib. Qeyd olunur ki, Cənubi Afrika Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olduğundan Putin barəsində çıxarılan həbs qərarını icra etməlidir.

“Bloomberg”-in mənbələrinə görə, bunun qarşısını almaq üçün Cənubi Afrika Çindən və ya qonşu Mozambikdən BRİKS sammitinə ev sahibliyi etmələrini xahiş etməyi düşünür. Çin və Mozambikin BCM-nin qərarlarını icra etmək kimi bir öhdəliyinin olmadığı vurğulanır.

Nəşr yazır ki, Mozambikin bu sammitə ev sahibliyi etməsi bir qədər çətin görünür. Qeyd olunur ki, ölkənin bu miqyasda tədbirə ev sahibliyi etmək imkanı yoxdur.

“Bloomberg” bu məsələ ilə bağlı müzakirələrin hələ də davam etdiyini, yekun bir qərarın qəbul olunmadığını yazır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol