Şarl Mişel liderlərin görüşündən sonra açıqlama verdi - "Brüsseldə keçiriləcək görüş üçün yaxşı hazırlıq idi”

“Bugünkü danışıqlar çox məhsuldar keçdi və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq oldu”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib.

Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar: “May ayında Brüsseldə keçirilən görüşdə əvvəllər qaldırılan bütün məsələləri müzakirə etmək imkanımız oldu. Sərhədin delimitasiyası, sülh sazişinin hazırlanması məsələlərini müzakirə edə bildik və bu görüş iyulun 21-də Brüsseldə planlaşdırılan görüşə əla hazırlıq idi”.

O qeyd edib ki, Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyi davam etdirməyi hədəfləyir: “Görüş zamanı İspaniyada keçiriləcək “Avropa siyasi birliyi”nin 3-cü zirvə toplantısı çərçivəsində beştərəfli formatda yenidən görüşmək niyyəti də açıqlanıb”.

Ş.Mişel vurğulayıb ki, Avropa İttifaqı Şurası iki ölkə arasında münasibətlərin normallaşdırılmasında daha böyük irəliləyişin əldə edilməsinə dəstək vermək üçün hər cür səy göstərəcək.

635x100

Şərhlər

Turan 2023-06-01 22:32:12

3 -cü zirvə görüşü oktyabrda olacaq. Oktyabra kimi sülh müqaviləsi olmayacaq??? Ermənilər və digər xaçpərəstlər vaxtı uzadırlar ki, Xankədində yüz oyundan çıxsınlar

Son yazılar