Bakıda modeli döyən sevgilisi həbs edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaş Razi (Raziyyat) Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb. Araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Şərhlər
Model olan xanım özünə qiymət verməyi,əlçatmaz olduğunu hiss etməyi bacarmalıdır.Bunu dərk edərsə könül verdiyi adamı belə hərəkətlər edə bilənlər içindən seçməz.Və ya hər gədaya könül verəndən model olmaz.Modellik yalnız zahiri gözəllik deyil,o gözəlliyin özü qədər də modeldə qürur olmalıdır,yoxsa adi qızlardan nə fərqi?Neçə illər qabaq “Maşın şou”da bir model xanım vardı,Nigar xanım.Onun gözəlliyi qədər də dik duruşuna,qadınlıq qüruruna heyran olmuşdum,o ilin “Maşın şou”sunda mənim bir tək simpatiyam o idi.Sanki əsil şahzadəydi xanım.Bax,əsl model elə olar.Model görəndə kişilər ağızlarını ayıraraq ona baxmadılarsa ondan model olmaz.