Menu

Çavuşoğlu İsveçin xarici işlər nazirinə cavab verib

01.06.2023, 22:47
Çavuşoğlu İsveçin xarici işlər nazirinə cavab verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billströmə cavab verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Çavuşoğlu “Twitter“ hesabında etdiyi paylaşımda İsveçi NATO üzvlüyünə dair Madriddə imzalanmış Üçtərəfli Memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirməyə və terrorizmlə mübarizədə konkret addımlar atmağa çağırıb.

Qeyd edək ki, daha əvvəl İsveç XİN rəhbəri bu gün Osloda keçirilən NATO Xarici İşlər Nazirlərinin görüşünün nəticələrinə dair paylaşımında bu iclasın “İsveçin NATO-ya üzvlüyü məsələsində Tükiyə və Macarıstana qarşı güclü mesaj” olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol