Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrel hesab edir ki, Qərb Kiyevə hərbi dəstəyi dayandırarsa, Ukraynadakı münaqişə bir neçə həftəyə başa çata bilər.
“Mən Ukraynada müharibəni necə bitirəcəyimi bilirəm. Bu çox asandır. Biz Ukraynaya hərbi dəstəyi dayandırırıq və müharibə bir neçə həftəyə başa çatacaq”, - o, Sinqapurda Şanqri-La Dialoq forumunda çıxış edərkən deyib.
Borrell bu halda Ukraynadakı münaqişənin nə ilə sonuclanacağını izah edib.
“Biz Ukraynaya hərbi dəstəyi dayandıra bilmərik, çünki biz kapitulyasiya edə bilmərik, Ukraynanıikinci Belarusa çevirəcək dünya istəmirik” - deyə, o, bildirib.
“Məsələ müharibəni necə bitməsində deyil, müharibəni necə bitirməkdədir”, - deyən Borrell əlavə edib ki, Qərb məhz Ukraynada sülh istədiyi üçün ona hərbi dəstək verməyə davam edəcək.
“AzPolitika.info”


Şərhlər