Menu

Qəbələ” Azərbaycan Kubokunun qalibidir – VİDEO

03.06.2023, 22:58
Qəbələ” Azərbaycan Kubokunun qalibidir – VİDEO

Azərbaycan Kubokunun final oyunu keçirilib.“Report”un məlumatına görə, “Neftçi” və “Qəbələ” arasında keçirilən görüşlə 2022/2023 mövsümünə yekun vurulub.

“Bakcell Arena”dakı matçın 90 dəqiqəsində qapılara qol vurulmadığından, daha 30 dəqiqə oynanılıb. Əlavə vaxtda bölgə təmsilçisi hesabı açıb. 102-ci dəqiqədə İsnik Alimi penaltidən fərqlənərək, “qırmızı-qaralar”ı önə keçirib. Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub.

Beləliklə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” tarixində 2-ci dəfə Azərbaycan Kubokuna yiyələnib. “Qırmızı-qaralar”, bunadək turnirdə yegənə uğuruna 2018/2019 mövsümündə nail olmuşdu. Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda 4 illik həsrətə son qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol