Menu

Belçikanın Baş naziri velosipeddən yıxlaraq xəsarət alıb

04.06.2023, 12:39
Belçikanın Baş naziri velosipeddən yıxlaraq xəsarət alıb

Belçikanın Baş naziri Aleksandr De Kro evinin yaxınlığında velosipeddən yıxılaraq xəsarət alıb və huşunu itirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Brüsseldən təxminən 60 kilometr uzaq yerləşən kənddə baş verib. Başından xəsarət alan Aleksandr De Kro xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edilir ki, De Kro bir neçə saat sonra xəstəxanadan buraxılıb.

Baş nazirin bazar günü istirahət edəcəyi və qəzanın onun gələn həftəki iş qrafikinə təsir etməyəcəyi bildirilir.

Şərhlər

Watchman 2023-06-05 00:21:11

Bizimki birbaşa skuter sürməyi planlaşdırır.

Cəmil 2023-06-04 12:52:29

Bəs Azərbaycanın baş naziri niyə velosiped sürmür?Yoxsa sürə bilmir, Bəlkə qorxur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol