Menu

Qərb rayonlarının ucqar kəndlərinə dolu düşüb, təsərrüfata zərər dəyib

04.06.2023, 19:39
Qərb rayonlarının ucqar kəndlərinə dolu düşüb, təsərrüfata zərər dəyib

Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, dağlıq rayonlara dolu düşüb.

“Report”un Qərb bürosunun məlumatına görə, günorta saatlarında yağan leysan yağışlar və dolu Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının dağ kəndlərindəki əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol