Menu

Böyük Britaniyanın müdafiə naziri NATO-nun baş katibi ola bilər

05.06.2023, 08:43
Böyük Britaniyanın müdafiə naziri NATO-nun baş katibi ola bilər

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini irəli sürəcək.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ-a gözlənilən səfəri zamanı ABŞ prezidenti Co Baydendən Ben Uollesin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini dəstəkləməsini xahiş edəcək.

Rişi Sunak bu həftə Vaşinqtona səfərindən Co Baydeni Böyük Britaniyanın Müdafiə Nazirini NATO-nun yüksək vəzifəsində dəstəkləməyə inandıracaq.

Böyük Britaniyanın baş naziri bu mövzunu bu yaxınlarda Xirosimada keçirilən “Böyük Yeddilik” ölkələri liderlərinin görüşü çərçivəsində qaldırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol