Menu

Azərbaycanın valyuta ehtiyatları 66 milyard dollara çatıb

05.06.2023, 11:44
Azərbaycanın valyuta ehtiyatları 66 milyard dollara çatıb

Ölkəmizin strateji valyuta ehtiyatları 12% artaraq 66 mlrd dollara çatıb.

“APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın da valyuta ehtiyatları 2,2% artaraq 9,2 mlrd dollar olub: “Bank sektoru 45,6 mlrd. manat aktivlərdən ibarətdir. Kredit portfelimiz 4% artaraq, 20 mlrd. manata çatıb. Fiziki və hüquqi şəxslərin depozit bazası 5%-dən artıq artım göstərib. Aprel ayında kredit portfelinin keyfiyyəti 3,7%-ə düşüb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol