Menu

“Bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanma şansı mövcuddur”- Qriqoryan

05.06.2023, 17:36
“Bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanma şansı mövcuddur”- Qriqoryan

Ermənistan və Azərbaycan bu ilin sonuna qədər sülh sazişi imzalaya bilər.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Ermənistan və Azərbaycan arasında intensiv danışıqlar gedir. Əgər bu intensivlik davam edərsə və beynəlxalq ictimaiyyət tərəfindən güclü dəstəklənərsə, bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanma şansı mövcuddur”,-deyə Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan müqaviləni “mümkün qədər tez” imzalamaqda qərarlıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol