Menu

“Ukraynanın qurtuluşunu heç bir rus dayandıra bilməyəcək...” - Danilov

06.06.2023, 15:09
“Ukraynanın qurtuluşunu heç bir rus dayandıra bilməyəcək...” - Danilov

Kaxovka Su Elektrik Stanisyasının (SES) partladılması Rusiya təcavüzünün prinsipcə yeni mərhələsidir.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov “Facebook” hesabından etdiyi paylaşımda bildirib.

“Ukraynanın qurtuluşuna heç kim və heç nə, həmçinin heç bir rus mane ola bilməyəcək. Artıq zaman yetişib” - deyə, Danilov bildirib.

Danilovun sözlərinə görə, Rusiya bu hücumla əsl məqsədini açıq şəkildə bəyan edib: “Məqsəd - Ukraynanın dağıdılması, ukraynalıların qətli, iqtisadiyyatın və əhalinin həyatını təmin edən strukturların məhv edilməsidir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol