Menu

"Rusiya hərbçiləri Belqorod vilayətinə nüvə zərbəsi endirə bilər" - Priqojin

06.06.2023, 15:43
"Rusiya hərbçiləri Belqorod vilayətinə nüvə zərbəsi endirə bilər" - Priqojin

“Rusiya hərbçiləri Belqorod vilayətinə nüvə bombası ata bilər”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətin sahibi Yevgeni Priqojin bildirib.

“Rusiya öz ərazisinə nüvə bombası ataraq Belqoroda doğru geri çəkildiyimiz təəssüratını yaratmaq istəyəcək”, - o, bildirib.

O, daha sonra ironiya ilə deyib: “Özümüzə atsaq, ruhi xəstə olduğumuzu göstərəcəyik”.

Qeyd edək ki, Rusiyanın Belqorod şəhəri Ukrayna ilə sərhəddə yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol