Məlum olduğu kimi ötən gün Kaxovka su elektrik stansiyasının (SES) partladılması nəticəsində Dnepr çayının sağ və sol sahillərində yerləşən yaşayış məntəqələri su altında qalıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiya törətdiyi bu fəlakətlə öz hərbçilərini də çətin vəziyyətdə salıb.
Belə ki, sosial şəbəkələrdə paylaşılan bir videoda rus hərbçilərinin su basməş ərazilərdə çətin vəziyyətə düşdükləri və irəliləməkdə çətinlik çəkdikləri görünüb.
Məlumata görə, hazırda Rusiya həmin ərazilərdə yerləşən hərbi texnika və silah-sursatını çıxarmağa çalışır.
“AzPolitika.info”


Şərhlər
rusiya başını itirib. Ukraynalılar yəqin rusiyada da bəndlər olduğunu bilirlər... Kəltənbaş "lider"ciklər dünyanı qarışdırırlar, nə kişi kimi müharibə aparırlar, nə də siyasət...axırı da məlumdur....