Ötən gün Dnepr çayı üzərində yerləşən Kaxovka bəndinin partladılmasından sonra Xerson şəhəri ərazisində suyun səviyyəsi təxminən beş metr yüksəlib.
“AzPolitika.info” xəbər verir ki, Rusiya işğalından əvvəl 100 min insanın yaşadığı Xerson şəhəri ekoloji fəlakətdən ən çox zərər görən bölgə olub.
İlkin məlumatlara görə, Xersonda təxminən 1850-yə yaxın ev su altında qalıb.
Rəsmilərin proqnozlarına görə, yaxın 20 saat ərzində suyun səviyyəsi daha bir metr qalxacaq.
“AzPolitika.info”


Şərhlər